Bölgə klubunun qabonlu qonağı

25 Sentyabr 23:40 I Divizion 426
Bölgə klubunun qabonlu qonağı

Birinci liqanın 2-ci turunun “İrəvan”la səfər matçında “Karvan” dəstəksiz qalmadı.

Bərabərliklə bitən matçda (0:0) Yevlaxdan gələn az sayda tərəfdar sevimli komandasını 90 dəqiqə qələbəyə səslədi.

Onların arasında bir nəfər xüsusi diqqət cəlb edirdi.

Söhbət qaradərili bir nəfərdən gedir.

Amma maraqlananda başqa faktla üz-üzə qaldıq.

Sən demə, aktiv fanatlarla yan-yana əyləşən Qabondan olan müdafiəçidir.

O, bölgə klubunda baxışdadır.

Ondo Vensliy Makkaaşın sənədlərində gecikmə var.

Əgər qısa müddətdə problem həllini tapsa yeni transferi növbəti tur meydanda görə bilərik.

20 yaşlı futbolçu ölkəsinin aşağı yaş qrup millilərində də oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."