Tanınmış baş məşqçi istefa vermək niyyətindədir - SON DƏQİQƏ

28 Sentyabr 2023 14:00 I Divizion 4 041
Tanınmış baş məşqçi istefa vermək niyyətindədir - SON DƏQİQƏ

Üç ay öncə məşqçilik karyerasını bərpa edən Əsgər Abdullayevin səhhətində problem yaranıb.

I Liqada mübarizə aparan «İmişli»ni çalışdıran mütəxəssis buradan ayrılmağa hazırlaşır.

O, klub rəsmiləri ilə söhbətində fəaliyyətinə ara vermək niyyətində olduğunu bildirib.

Vaxtilə «Şəfa», «Bakı», «Olimpik», «Turan» və «Araz-Naxçıvan»da işləmiş Abdullayev sağlıq durumunun onu narahat elədiyini, bundan sonra diqqətini müalicəyə ayırmaq istədiyini söyləyib.

Aran təmsilçisi I Liqanın ilk 2 turunda 3 xal toplayıb. Öncə Saatlıda «Araz»a 3 cavabsız qolla qalib gələn «İmişli» daha sonra Bakıda MOİK-ə uduzub - 0:1.

Komanda bu gün üçüncü tur çərçivəsində «Şamaxı»nı qəbul edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti