İş adamları sponsorluq üçün "Turan Tovuz"a müraciət edibmi? - AÇIQLAMA

20 Dekabr 2021 22:20 I Divizion 1 009
İş adamları sponsorluq üçün "Turan Tovuz"a müraciət edibmi? - AÇIQLAMA

Bölgə futbolu deyəndə, ilk ağıla gələn rayonlardan biri də Tovuzdur. Amma neçə illərdi adıçəkilən bölgənin təmsilçisi Premyer Liqada yoxdur.

Bunun müxtəlif səbəbləri var. Biri də odur ki, kluba sponsorluq etmək istəyən yoxdur. Amma son dönəmlər bəzi iddialar var. Ki, bir neçə iş adamı "Turan Tovuz"u himayəsinə götürməyə cəhd edib.

Amma hazırkı AFFA rəhbərliyini irəli sürdüyü şərtlər onları razı salmayınca, geri addım atmağa məcbur olublar.

Məsələnin həqiqətini bilmək üçün bölgə klubunun icraçı direktoru Nadir Nəbiyevlə əlaqə saxladıq.

Klub rəsmisi Sportinfo.az-a açıqlamasında səslənən iddialara belə reaksiya verib:

"Mənim bu məsələ barədə heç bir məlumatım yoxdur. Mənə heç kim heç nə deməyib. Ümumiyyətlə, belə bir şey eşitməmişəm. Ki, kimsə komandaya yardım eləsin və ya sponsorluq etmək üçün kluba hər hansı müraciət olunsun".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!