Yeni baş məşqçi gəldi, Vidadi “Qəbələ”ni təkbaşına “yıxdı” - VİDEO+FOTOREPORTAJ

11 Noyabr 2021 19:20 I Divizion 1 215
Yeni baş məşqçi gəldi, Vidadi “Qəbələ”ni təkbaşına “yıxdı” - VİDEO+FOTOREPORTAJ

I Divizionda 5-ci turdan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, “Səbail-2” və “Qəbələ-2” arasında oynanılan matçda meydan sahibləri qələbə qazanıbr.

Bayıl təmsilçisinin heyətində Vidadi Cəfərov het-trikə imza atıb.

Bu, "Səbail"in əvəzedici komandasının cari mpvsümdə ikinci qalibiyyəti olub. “Qəbələ”lilərlə matçdan öncə “dənizçilər”də baş məşqçi istefası gerçəkləşib. Ruslan Qafitulinlə yolları ayrılıb.

2018-ci ildən etibarən "Səbail" Futbol Akademiyasının U-17 və U-19 komandalarında işləyən Qafitulin bu il "Səbail-2"nin sükanı arxasına keçmişdi.

Klub və mütəxəssis arasında müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Onu köməkçisi Səbuhi Həsənov əvəzləyib.

"Səbail-2" – "Qəbələ-2" 3:1

Qollar: Vidadi Cəfərov, 64; 80; 90+4 (pen) – Aqil Nəsibov, 65.
Qırmızı vərəqə: Nicat Oruclu, 90+4 (“Qəbələ-2”)

N Klublar O Q H M T-F X
1 MOİK 6 5 1 0 15-2 16
2 Qaradağ Lökbatan 7 5 1 1 16-5 16
3 Sabah-2 7 4 1 2 11-9 13
4 Keşlə-2 7 3 2 2 10-5 11
5 Kəpəz 6 2 4 0 9-6 10
6 Qəbələ-2 7 2 2 3 12-10 8
7 Səbail-2 7 2 2 3 8-8 8
8 Qarabağ-2 6 2 2 2 8-10 8
9 Neftçi-2 6 2 1 3 11-11 7
10 Zaqatala 6 2 1 3 7-10 7
11 Turan Tovuz 7 2 1 4 8-14 7
12 Sumqayıt-2 6 1 0 5 3-13 3
13 Zirə-2 6 1 0 5 4-19 3

BOMBARDİRLƏR:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 7 qol
Anatole Abanq ("Keşlə-2") - 5 qol
Ceyhun Nuriyev ("Sabah-2") - 4 qol
Mehrac Baxşalı ("Qəbələ-2") - 4 qol
Aqil Nəsibov ("Qəbələ-2") - 4 qol

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu