"Keşlə"ni pis vəziyyətə salan kamerunlu hücumçu Divizionda bunları etdi - VİDEO

17 Sentyabr 2021 01:52 I Divizion 1 060
"Keşlə"ni pis vəziyyətə salan kamerunlu hücumçu Divizionda bunları etdi - VİDEO

I Divizionda ilk turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Keşlə-2"öz meydanında "Zaqatala"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 5:1 hesablı qələbəsiylə başa çatıb. Premyer Liqanın III turunun “Zirə” ilə qarşılaşmasında qırmızı vərəqə alan Anatole Abanqı əvəzedici heyətdə het-trikə imza aıtb.

Kamerunlu hücumçu "Zirə"yə 0:2 hesabı ilə uduzduqlar matçın 28-ci dəqiqəsində qonaqların müdafiəçisi Nemanya Ancelkoviçin qarın nahiyyəsinə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.

Ən yüksək məvacibli legionerini cəzalandırmaq qərarına gələn məşqçilər onunla yanaşı, əsas komandanın üzvlərindən Nicat Qurbanov, Şəhriyar Əliyev, Kərim Diniyev və Rafael Məhərrəmlini də "dubl"a "sürgün edib".

"Keşlə-2" - "Zaqatala"5:1

Qollar: Anatole Abanq, 17, 35, 59, Fərid Nadirov , 38, Vüsal Qənbərov, 90+2 - Xəlil Bəşirov, 22

Digər Xəbərlər
Xəbər Lenti