"Rövnəq Abdullayevdən xahiş etdim ki, klubumuzu…"

22 Yanvar 2021 16:00 I Divizion 1 334
"Rövnəq Abdullayevdən xahiş etdim ki, klubumuzu…"

«Neçə ildir Divizionda çıxış edirik və fikirləşirəm ki, artıq Premyer Liqaya qayııtmağımızın vaxtı çatıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un icraçı direktoru Nadir Nəbiyev deyib.

O, komandanın ötən mövsüm çempion olduğunu və hazırkı yarışmaya da liderlik etdiyini yada salıb. Qərb təmsilçisinin aparıcı personası yaxınlarda açılışı olan baza və bakademiyanın «Turan»ın elitaya dönüşünə «yaşıl işıq» yandıracağına inanır:

«Divizionda çıxış etdiyimiz ilk ildən lisenziyalaşdırma proqramına cəlb olunuruq. Və hər dəfə infrastruktur və maliyyə öhdəliyi məsələlərində problem yaşayırdıq, məlum səbəblərdən bu tələbləri yerinə yetirə bilmirdik.

Şükür, AFFA prezidenti Rövnəq Abdullayevin sayəsində infrastruktur məsələsi həllini tapdı. Bu, bölgədə futbolun inkişafı üçün görülən çox böyük işdir.

İndi qalır bircə sponsor məsələsi… AFFA rəhbərliyinin rayonumuza son səfəri zamanı biz bu istəyimizi dilə gətirdik.

Şəxsən mən «Turan»ı Premyer Liqada görmək istədiyimizi dedim və xahiş etdim ki, mümkün olarsa, kömək olunsun. İcra başçımız Məmməd Məmmədov da Tovuz əhalisi adından belə bir arzumuzun olduğunu bildirdi.

Rövnəq müəllim bölgə klublarının Premyer Liqada çıxış etməsinin vacib olduğunu söylədi. O, iki tldir bu yenilikləri planlaşdırdıqlarını qeyd etdi.

Amma onu da dedi ki, bu məsələnin həlli yalnız SOCAR və AFFA-dan asılı deyil, başqa iş adamlarının, şirkətlərin də klublara dəsiək verməsi lazımdır.

Ümumiyyətlə, görüş zamanı bu məsələlər geniş müzakirə olundu. Mən belə başa düşürəm ki, AFFA «Turan» və digər bölgə klublarınıı Premyer Liqaya qaytarmaq istəyir, sadəcə, kənardan da kömək edənlər olmalıdır».

Digər Xəbərlər
Xəbər Lenti