Divizion klublarının istifadə etdiyi... MARAQLI ARAŞDIRMA

17 Yanvar 2021 17:20 I Divizion 1 179
Divizion klublarının istifadə etdiyi... MARAQLI ARAŞDIRMA

Sportinfo.az xəbər verir ki, "WhyScout" şirkəti bu tip məlumatların hər zaman qeydiyyatını aparır.

Azərbaycan çempionatları da kampaniya üçün maraqlı və vacibdir.

Bizim çempionatların xüsusi statiktik informasiyaları şirkətin bazasında olur.

Bir çox hallarda KİV oyundan öncə və oyundan sonra (matçı izləmək şansı olmadıqda) komandaların meydanda taktiki düzülüşünü yanlış verir, bu da yazılarda özünü biruzə verir . Görəsən, 1-ci divizionda ən çox hansı sxemdən istifadə edilib.

"WhyScout" bu mövsüm 1-ci divizionda komandaların istifadə etdiyi taktiki sxemləri diqqətinizə çatdırır:

MOİK: 4-4-1-1 (51%)
“Turan-Tovuz”: 4-2-3-1 (86%)
“Kəpəz”: 4-4-2 (35%)
“Qarabağ-2”: 4-4-2 (49%)
“Neftçi-2”: 4-1-4-1 (58%)
“Qaradağ Lökbatan”: 4-2-3-1 (53%)
“Zaqatala”: 4-2-3-1 (70%)
“Sumqayıt-2”: 4-2-3-1 (35%)
“Sabah-2”: 4-1-4-1 (50%)
“Keşlə-2”: 4-2-3-1 (44%)

Şəkildə divizion klublarının ən çox istifadə etdiyi taktiki düzülüş qrafik şəkildə verilib.

Maraqlıdır ki, komandaların bir çoxunda hücumların zonalar üzrə paylanması da qeyri-bərabərdir.

MOİK (36%), “Turan-Tovuz” (38%), “Qarabağ-2” (36%) və “Keşlə-2” (37%) əsasən sağ, “Kəpəz” (36%), “Neftçi-2” (37%), “Qaradağ Lökbatan” (37%), “Zaqatala” (36%) və “Sumqayıt-2” (36%) isə sol cinahdan hücumlar qurur. Hər üç zonadan eyni dərəcədə istifadə edən tək komanda “Sabah-2”dir.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda