Naxçıvanlı futbolsevərlərin çoxdan gözlədiyi ŞAD XƏBƏR!

17 Yanvar 2021 17:00 I Divizion 1 798
Naxçıvanlı futbolsevərlərin çoxdan gözlədiyi ŞAD XƏBƏR!

Gələn mövsüm I Divizonda çıxış edən klubların sayı artırılacaq.

AFFA rəsmiləri artıq bu istiqamətdə işlərə başlayıblar. İndidən 1 komandaya 1-ci divizionda çıxış etməsi üçün hazırlıqları tamamlanması tapşırılığı verilib.

Məlumata görə, “Araz Naxçıvan” 2021/2022 mövsümündə ölkənin 2-ci çempionatında çıxış edəcək. Klub rəsmləri artıq Əsgər Abdullayevə köməkçi və əsas heyət üçün futbolçu axtarışlarını start verib.

Sportinfo.az xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının regionda gördüyü insfrastrukdur dəyişikləri də məhz klubun böyük futbola qayıdışı üçün həyata keçirilib.

Divizionda iştirak edəcək daha bir klubun adı isə bu il baş tutacaq Region Liqası keçirildikdən sonra bəlli olacaq. Burada çempion olan komanda yeni mövsümdən ölkənin əsas 2-ci liqasında iştirak etmək hüququ əldə edəcək (Futbol+).

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM