"Emil Balayevlə danışdım, mənə dedi ki…"

3 İyun 2020 13:54 Zirə 1 254
"Emil Balayevlə danışdım, mənə dedi ki…"

"Müqaviləsi bitən bütün futbolçularla mövsümün sonuna kimi danışmışıq. Heç kim də problem yaratmadı.

Hamı razılaşıb, qol çəkdi. İndi məqsədimiz qarşıdakı 10 oyundu - 8 çempionat və 2 kubok görüşü. Gələcək planlar haqqında ondan sonra danışacağıq"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib.

Həşimov "Zirə"dən ayrılması daha çox müzakirə olunan Emila Balayevlə bağlı duruma da aydınlıq gətirib: "Bu gün üçün Emil Balayev daxil, heç birimiz gələcək planlardan danışmamışıq.

Emilnən şəxsən danışığım olub. Özü dedi ki, bütün fikrimi yönəltmişəm qarşıdakı 10 oyuna. Ondan sonra nə baş verəcəksə, oturub danışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!