"Zirə" Samir Abasovun səhvini düzəltmək üçün…

29 May 2020 09:28 Zirə 785
"Zirə" Samir Abasovun səhvini düzəltmək üçün…

«Zirə»nin Boyan Zaqoviçlə müqaviləni uzatmadığını dünən xəbər vermişdik.

Qəsəbə təmsilçisinin üstündən xətt çəkdiyi monteneqrolu qapıçını kiminlə əvəzləmək istəməsi də artıq məlumdur.

Sportinfo.az-ın məlumatına görə, «qartallar» hazırda «Qəbələ»yə məxsus olan Anar Nəzirova dəvət göndərib.

Onun əyalət klubu ilə müqaviləsi mövsümün sonuna kimidir. Nəzirov ötən ilin əvvəlində «Zirə»dən «Qəbələ»yə qayıdıb. Sürf Samir Abasovun üzündən.

Keçmiş baş məşqçinin «qara siyahı»sına düşən kiper qırmızı-qara formanı təkrar geyinməsinə peşman olmadı, ölkə kubokunu qazandı.

Anarın ayrılması «Zirə»nin xeyrinə olmadı. Boyan Zaqoviçlə yanaşı, Orxan Sadıqlı da ümidləri doğrultmadı. Digər qapıçı Emil Balayevin sözləşməsi isə 3 aylıqdır və o, böyük ehtimalla, yayda düşərgəni tərk edəcək.

Digər Xəbərlər
Xəbər Lenti