Gözünüz "Zirə"də olsun – Pullu və pulsuz plan

26 May 2020 10:52 Zirə 868
Gözünüz "Zirə"də olsun – Pullu və pulsuz plan

«Zirə» rəhbərliyi yarımçıq qalan mövsümlə bağlı yeni plan hazırlayıb.

Bir qədər konkretləşdirsək, burada söhbət A və B planından gedir.

AFFA və Peşəkar Futbol Liqası sezonun vaxtından əvvəl başa çatdırılmasına dair qərar qəbul edərsə, qəsəbə təmsilçisi «kəmərini dara bərk sıxacaq».

Buna əsasən, əsas komandaya ayrılan aylıq ödəmələr 50 faiz azaldılacaq. Burada təəccüblə heç nə yoxdur: «qartallar» hələ qış fasiləsində büdcəni aşıb.

Zaur Həşimovun apardığı islahatlar rəhbərliyi nəzərdə tutulandan daha çox xərcə salıb. Hardasa 350-400 min manat civarında.

Dövrələrarası fasilədə göndərilən və alınan futbolçulara verilən pulların «kisə»dən getməsi azmış kimi, sponsorlar klub qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmir.

Artıq 2 ay olar ki, kollektiv əməkhaqqıya möhtac qalıb. Odur ki, «Zirə» başbilənləri fikirləşir: mövsüm yarımçıq dayandırılırsa və biz avrokuboklarda iştirak etməyəcəyiksə, niyə əvvəlkidək pul ödəyək?

Bu, A planıdır. B variantına gəlincə, Premyer Liqanın martın ilk həftəsində keçirilən son turunda «Səbail»ə 3:1 hesabıyla qalib gələn komanda hələ mükafatını almayıb.

Mövsüm bərpa olunarsa, əməkhaqqılarının verilməsində yaranan «quyruqlar» müxtəlif vasitələrlə ləğv ediləcək. Amma bonus/mükafatların olub-olmaması yenə Avropa Liqasına vəsiqə qazanılıb-qazanılmamasından asılıdır.

Komanda ölkə kubokunu qazanarsa, yaxud Premyer Liqada üçüncü-dördüncü yeri tutarsa, rəhbərlik hər bir futbolçunu 5000-8000 manat irəli salacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda