Azərbaycan klubunun rəhbərliyi yenilənir - AÇIQLAMA

20 Fevral 2020 10:52 Zirə 953
Azərbaycan klubunun rəhbərliyi yenilənir - AÇIQLAMA

"Bunun üçün tam qərar verməmişik və fikirləşirik".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Zirə"nin fəxri prezidenti Orxan Məmmədova məxsusdur.

O, rəhbəri olduğu qəsəbə təmsilçisindəki prezident postuna təyinatla bağlı danışıb. Bildirib ki, klubun strukturunu dəyişmək barədə düşünür. "Struktur Müşahidə Şurası və ya digər formada ola bilər. Klubda icraçı direktor var.

Bütün icraçı işlərlə o məşğuldur. Mən də fəxri prezident olaraq, öz göstərişlərimi, tapşırıqlarımı verirəm. Hazırda prezident postu boşdur. Amma heç bir problem yoxlup, işlər öz axarında davam edir".

Məmmədov ötən ilin avqustunda "Zirə"nin prezidenti postundan ayrılan Natiq İsmayılovla bağlı da fikirlərini bölüşüb: "O, bir neçə vaxt bizimlə çalışıb, işləyib. Bu, onun şəxsi işləri ilə bağlıdır. Ona görə də onunla danışdıq və ayrılamağa qərar verdik".

Digər Xəbərlər
Xəbər Lenti