Paraqvaylı hücumçudan Azərbaycanda yubiley qolu

20 Dekabr 2019 14:23 Zirə 516
Paraqvaylı hücumçudan Azərbaycanda yubiley qolu

Xulio Sezar Rodrigez “Zirə”də yubiley qoluna imza atıb. Sportinfo.az xəbər verir ki, paraqvaylı hücumçu 15-ci dəfə rəqib qapısına yol tapıb. Bu, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyununa təsadüf edib. Xulionun qolu “qartallar”a 1:0 hesablı qələbə qazandırıb.

Bu matçadək 27 oyunda 14 top vuran forvard yubiley qolunu rəsmiləşdirib. Rodrigez bütün qollarını 2019-cu ildə vurub. O, ötən mövsümün ikinci yarısında 9 dəfə - Premyer Liqada 8, kubokda 1 dəfə fərqlənib. Cari mövsümdə isə cənubi amerikalı 4-cü çempionat, 2-si kubokda olmaqla 6 dəfə qol sevinci yaşayıb.

28 oyunda 15 qol vuran hücumçunun orta məhsuldarlığı 0,54-ə bərabərdir. O, klub tarixinin bombardirləri siyahısında yalnız Nelson Bonilyadan geri qalır. Salvadorlu 17 qol vurub.

Xulio Bonilyanın rekordlarından birini təkrarlayıb. Belə ki, paraqvaylı Azərbaycan kubokunda 3-cü qolunu vuraraq “Zirə”nin bu yarışdakı bombardiri adına şərik çıxıb. Nelson da bu yarışda eyni sayda qol vurub.

Xəbər Lenti