Zaur Həşimov: "Qarabağ"dan xal almaq, qələbəyə bərabərdir"

10 Noyabr 2019 21:15 Zirə 791
Zaur Həşimov: "Qarabağ"dan xal almaq, qələbəyə bərabərdir"

Azərbaycan Premyer Liqasında XI turun “Qarabağ” – “Zirə” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, Həşimov əvvəlcə matç barədə fikirlərini bildirib...

"Futbolçular yaxşı mübarizə apardı. “Qarabağ”dan xal almaq qələbəyə bərabərdi. Komandada özgüvəni gördüm. Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq".

- Fasilədən necə istifadə etməyi planlaşdırırsız?
- Zədəlilərimiz çoxdur. Elvin Camalov meydanda zədəli çıxmışdı. Şafik Tiqrudja, Xulio zədəlidir. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu