COP29

Orxan Məmmədov “Neftçi”yə görə “Zirə”yə bu cür dəstək verdi - FOTOLAR

20 Aprel 11:20 Zirə 875
Orxan Məmmədov “Neftçi”yə görə “Zirə”yə bu cür dəstək verdi - FOTOLAR

Premyer Liqanın 31-ci turunda “Neftçi”ni qəbul edəcək “Zirə”nin oyunöncəsi son məşqini klub rəbərliyi də izləyib.

Sportinfo.az qəsəbə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun idarə heyətinin sədri Orxan Məmmədov, prezidenti Taleh Nəsibov və digər rəhbər şəxslər məşqdən əvvəl komanda üzvləri ilə görüşüb, daha sonra isə hazırlığı izləyiblər.

Bu gün keçiriləcək "Zirə" - "Neftçi" oyunu ikincilik uğrunda mübarizə baxımından hər iki komanda üçün vacibdir.

Hazırda 4-cü pillədə qərarlaşan "Zirə" qalib gəlsə, 2-ci yerə yüksələcək. 3-cü yerdə olan "Neftçi" isə heç-heçə etməklə də 2-ci pilləni ələ keçirə bilər.

Oyun saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 May 20:30 Qarabağda İŞ VAR!