COP29

“Həmin enerjimdən "Neftçi" ilə oyun üçün istifadə edirəm”

12 Sentyabr 23:40 Zirə 871
“Həmin enerjimdən "Neftçi" ilə oyun üçün istifadə edirəm”

“Dincəldikdən sonra tam olaraq məşqlərə fokuslanmışam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasına “Zirə”nin lideri Ruan Renato deyib

Həqiqətən, arxada qalan iki ay "qartallar" üçün həm uğurlu, həm də çox ağır keçdi. “Qartallar” 8-i avrokuboklar olmaqla 11 matça çıxdı.

Hamısı da bir-birindən ağır və gərgin. Belədə futbolçuların təkcə fiziki yox, həm də psixoloji olaraq çökməsi anlaşılandır.

Görəsən, braziliyalı müdafiəçi üzərindəki ağırlığı atmaq üçün lazımı qədər dincələ bilibmi? Premyer Liqaya köklənmək çətin olmayacaq?

“Sambaçı”nı dinləyək:

"100%. Fasilədə yaxşı istirahət etdim.

Qarşıda "Neftçi" ilə oyun var. Həmin enerjimdən "Neftçi" ilə oyunun hazırlığında istifadə edirəm.

Mövsüm başlayandan Premyer Liqa üçün hazırlaşırdıq. Bu mövsüm əvvəlkindən daha çətin olacaq.

Fasilənin birinci həftəsini istirahətə və fiziki məşqlərə fokuslanmaq üçün istifadə etdik. İndi isə "Neftçi" ilə oyuna hazırlığın son həftəsində fikirlərimizi bu rəqibə qarşı yaxşı oyun keçirməyə yönəltmişik.

Bu rəqib hər zaman çox çətin olub. Məqsədimizə çatmaq üçün əlimizdən gələni etməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...