“Omoniya”nın yarımmüdafiəçisi Mateo Mariç Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Zirə”yə Bakıda məğlubiyyəti (1:0) dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, “omonoianews.com”a danışan Mariç matç haqda bunları deyib:
“Bakıda qalib gələ bilməsək də, Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazandığımız üçün xoşbəxtik.
Biz razıyıq. Çünki komanda dördüncü dəfədir ki, belə uğur qazanır”.
Qeyd edək ki, "Zirə" ilk oyunda rəqibinə 0:6 hesabı ilə uduzub.