“Mən Bakıda gördüklərimə təəccübləndim, heç bir problemlə rastlaşmadıq”

24 İyul 2024 23:20 Zirə 4 792
“Mən Bakıda gördüklərimə təəccübləndim, heç bir problemlə rastlaşmadıq”

“Mən burada gördüklərimə yaxşı mənada təəccübləndim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şerif”in yarımmüdafiəçisi Sedrik Badolo deyib.

Burkino Faso millisinin də şərəfini qoruyan “10 nömrə” Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Zirə”yə görə Azərbaycana səfərindən danışıb.

Afrikalı legioner “iki gün ərzində Bakıda və stadionda gördüklərinlə bağlı nə deyə bilərsən” sualına cavabında bunları söyləyib:

“Bu, Bakıya ilk səfərim idi və açığı, şəhərinizi çox bəyəndim. Ən vacibi, bir dəfə də olsun, problemlə rastlaşmadıq.

İnsanlarınızı və azarkeşlərinizi də sevdiyimi deyə bilərəm. Əsl fanat kimi komandalarını dəstəkləyib, sonda alqışlayıb, getdilər”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi