Onlara görə “Zirə”yə müraciət etdi - Slovakiya təmsilçisi

24 İyul 2024 23:40 Zirə 861
Onlara görə “Zirə”yə müraciət etdi - Slovakiya təmsilçisi

İyulun 25-də “Zirə” “DAC 1904”ü qəbul edəcək.

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq oyun “Dalğa Arena”da keçiriləcək.

Slovakiya təmsilçisi Bakıdakı qarşılaşmada dəstəksiz qalmayacaq. Sevimli komandalarını dəstəkləmək üçün Dunayska-Streda şəhərindən paytaxtımıza 40-a yaxın fanatın gəlməsi nəzərdə tutulub.

Hər halda, “DAC 1904” rəsmiləri “Zirə”dən qonaq sektorda məhz bu qədər yerin ayrılmasına dair müraciət edib.

Cümə axşamı “Dalğa Arena”da gerçəkləşəcək qarşılaşmanın start fiti saat 20:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var