
“Açıq deyim, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalara qarşı hazırlaşmaq və oynamaq daha rahatdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli deyib.
Qəsəbə klubunun “Qarabağ”dan icarəyə götürdüyü millinin sabiq üzvü bildirib ki, onların məqsədi avrokuboklara vəsiqə qazanmaqdır:
“Son 2 turda əsas rəqiblərimiz bir-biri ilə qarşılaşır. Onlarla müqayisədə təqvimin üzümüzə güldüyünü deyə bilərikmi?
Məsələn, “Kəpəz” elitadakı yerini təmin edib deyə, rahatdır, rahat oynayır. Amma əsas rəqiblərimiz istər-istəməz ehtiyat edir, bəzən tələsir”.