AFFA-nın yeni prezidenti bilinsəydi…

29 Fevral 16:00 Zirə 852
AFFA-nın yeni prezidenti bilinsəydi…

«Zirə»nin Premyer Liqada axırıncı qələbəsi ötən ilin dekabrında qeydə alınmışdı.

Üç aylıq intizarın son bulması üçün fevralın 25-ni gözləmək varmış qismətdə.

Biz həmişə nə deyirdik? Deyirdik ki, «Zirə»nin üzünü qara edən bir hakimlərdir, bir də hücumçuları.

Nə vaxt hakimlər öz işini layiqincə yerinə yetirir, fiti ilə düzünə «fətva» verir, «Zirə» istədiyi nəticəni qazanır. Təəssüf ki, cari mövsümdə belə halların sayı barmaqla sayılacaq qədər azdır.

Bu yaramazların ucbatından xeyli xal itiriblər. Hələ bilmək olmaz, əlinə fit və bayraq götürənlər qarşıdakı turlarda daha neçə dəfə hoqqa verəcək, hoqqa girəcəklər.

Rəşad Sadıqovun bu süni, amma çox ciddi maneəni aşmağa gücü çatmaz. Çatsaydı, zatən indiyədək etdiyi saysız-hesabsız şikayətlər nəzərə alınardı.

Hakimlərin «ip»ini yığışdırmaq «Zirə»nin hamilərinin, bir də Peşəkar Futbol Liqasının rəhbərliyinin bacaracağı məsələdir.

Balaca uşaq da bilir ki, bu komandanın sistematik «əzişdirilməsi» sifarişdir və fəxri prezident Orxan Məmmədovun adının AFFA prezidenti postuna hallanması ilə əlaqədardır.

Federasiyaya seçkilər olub qurtarsaydı, Rəşad Sadıqovun da canı dincələrdi. Yoxsa belə adamı rəsmən bitirirlər.

Məcbur edirlər ki, əşyalarını yığ və get. Hara gedirsən, get, bir də futbola, məşqçiliyə dönmə.

Onun varlığı AFFA-nın gerçək başbilənlərini, konkret olaraq Elxan Məmmədovu çox qayğılandırır. Kəs Parisdə otursa da,

Sadıqovun burada quru nəfəs almasından belə, qorxur.

Orxan Məmmədov-Rəşad Sadıqov tandeminin AFFA-ya mümkün dönüşünü əngəlləyəcəyindən nətəhər həyacan keçirirsə, hakimləri Hafiz Hacıyevin sözü olmasın, «fırıtlayıb» «Zirə»nin üstünə.

Sadıqov dinə bağlı biridir, bəlkə də çoxdan intihar etmişdi başqası olsaydı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!