Bakıya döndü, problem yaşadı, tanınmış şairdən paylaşım etdi - VİDEO

4 Fevral 2023 19:40 Zirə 891
Bakıya döndü, problem yaşadı, tanınmış şairdən paylaşım etdi -  VİDEO

Azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Vild-Donald Gerye qeyri-adi əməllərini davam etdirir.

Haitili futbolçunun “Zirə”nin heyətində “Neftçi”yə qarşı debüt matçında qırmızı vərəqə alaraq meydandan qovulmasıyla işimiz yoxdur.

“Qarabağ”dakı çıxışları ilə tanınan Gerye bu dəfə sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.

O, Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadənin müəllifi olduğu, sonradan rəhmətlik aktyor Həsən Əblucun səsləndirdiyi “Yaşdan gileyliyəm” şerini “instagram” hesabının “hekayə” bölməsində paylaşıb və şerə ürək emojisi ilə reaksiya verib.

Mən on beş yaşımda – iyirmi yaşımda

Elə bilirdim ki, qırx qocalıqdır.

Əlliyə çatıram, ancaq başımda

Uşaqlıq havası hələ qalıbdır.

Gerye bu paylaşımı 2 fevral – Gənclər Gününə həsr edib, bununla da gənc qocalmadığına işarə vurub.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş