“Zirə” yeni transferinə qadağa qoydu

29 Yanvar 2023 21:00 Zirə 1 498
“Zirə” yeni transferinə qadağa qoydu

Vaxtilə ölkəmizdə top qovduğu dönəmdə intizamsızlığı ilə ad çıxaran Vild-Donald Gerye bundan sonra “Zirə”nin şərəfini qoruyacaq.

İllər öncə “Qarabağ”da Rəşad Sadıqovla komanda yoldaşı olmuş Haiti millisinin üzvünün Azərbaycana növbəti gəlişi məhz bu adama görə olub.

“Qarabağ”da qazandığından 3-4 dəfə az – 8 min dollara oynamağa razılaşan Gerye, bundan sonra baş məşqçinin şərtlərinə mütləq əməl etməlidir. İntizamsızlıqdan və gecə əyləncələrindən uzaq durmalı, gənclərə örnək olmalı, sosial şəbəkələrdəki hoqqalardan əl çəkməlidir.

Lakin tələb təkcə bundan ibarət deyil.

Donalda həm də mətbuatla ünsiyyətə qadağa qoyulub. Verdiyi açıqlama və müsahibələr zamanı səmimiyyəti ilə diqqət çəkən futbolçunun açıq sözlü olması baş məşqçini işini ehtiyatlı tutmağa məcbur edib.

Azərbaycana qayıdışı ilə bağlı fikirlərini öyrənmək üçün əlaqə saxladığımız Gerye klubdan danışmasına qadağa qoyulduğunu diqqətimizə çatdırıb, bunun üçün icazə alınmasının vacibliyini söylədi.

Digər futbolçularla bağlı durum necədirsə, Donaldla da elə. Müqavilə bağlanan gündən qadağa yeni transferin diqqətinə çatdırılıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!