Rəşad Sadıqov onun qarşısında elə ŞƏRTLƏR İRƏLİ SÜRÜB Kİ… FOTO

28 Yanvar 2023 09:40 Zirə 1 500
Rəşad Sadıqov onun qarşısında elə ŞƏRTLƏR İRƏLİ SÜRÜB Kİ… FOTO

“Zirə”yə keçəcəyi gözlənilən Donald Gerye Bakıdadır.

Hatili legioner bu barədə özünün “instaqram“ hesabında paylaşım edib.

O, ölkəmizə səfərini “Gözəl evim” başlığı ilə paylaşıb. Müdafiəçi son klubu olan "Olimpiakos"la (Nikosiya) vidalaşıb və Kipr təmsilçisinə təşəkkürünü bildirib:

"Olimpiakos” və Nikosiya şəhərində keçirdiklərim bəlkə də həyatımın ən xoşbəxt anları oldu. Mənə göstərilən sevgi və məhəbbət üçün onların hamısına ancaq təşəkkür edə bilərəm.

Həyatımda yeni mərhələnin vaxtı çatıb. Klubum məni anlayışla qəbul etdi. Hamıdan, xüsusən izləyicilərimdən xahiş edirəm ki, məni başa düşsünlər.

Bu, mənim üçün həyəcanlı, diqqətli, həm də çətin bir vaxt oldu. Çünki “Olimpiakos”un çətin oyunlarda maksimum xallar qazanması çətin idi.

Zədəlilərimiz, cəzalılarımız olurdu. Ancaq “Olimpiakos”da futboldan özünəməxsus şəkildə həzz aldığımı heç vaxt unutmayacam.

Meydanda və paltardəyişmə otağında inanılmaz komanda yoldaşlarım olub. "Olimpiakos” mənim və ailəmin qəlbini fəth etdi.

Buna görə kluba, prezidentə, əlbəttə ki, Xristofer Tornaritisə təşəkkürümü bildirirəm. Direktorlar, həmkarlarım, bütün texniki işçilər, həkimlər, yorulmadan işləyən inanılmaz işçilər…

Azarkeşlərimizə bir daha sonsuz təşəkkür edirəm. Həyəcanlı anlarda qarşımda böyük oyunçular var idi. Onların hamısına hörmət və ehtiramımı bildirirəm.

Mən çox düşünmüşəm və bilirəm ki, yeni zaman gəlib çatıb. Gedirəm, amma bu formanı, emblemi harada görsəm, özümünkü kimi hiss edəcəm".

Gerye "Zirə" ilə 1,5 illik müqavilə imzalayacaq. Vaxtilə "Qarabağ" və "Neftçi"ın şərəfini qorumuş Haiti yığmasının üzvü ilk 6 ayda 7000-8000 dollar civarında maaş alacaq.

Növbəti mövsümdə isə əməkhaqqısı bir qədər də artırılacaq. Əslində, Geryenin maddi tələbləri daha yüksəkdir.

«Qarabağ»la ölkə çempionu olmuş əcnəbi sırf Rəşavd Sadıqova simpatiyasından dolayı «Zirə»yə güzəştə gedib. Hər halda «Qarabağ»da komanda yoldaşı olublar və şəxsi münasibətləri yaxşıdır

O, öz üzərinə xüsusi öhdəlik götürüb. Gerye zamanında «Qarabağ» və «Neftçi»də yol verdiyi intizamsız hərəkətləri burada təkrarlamayacağına söz verib.

Haitili bütün diqqətini futbola yönəltməsə, böyük məbləğdə cərimələnəcək. Hətta bu halda mümkündür ki, onunla müqaviləyə birtərəfli qaydada nöqtə qoyulsun.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti