"Gizlətmirəm, bunu hamı bilir - Baş məşqçini gördüm, başa düşdüm ki…"

27 Yanvar 2023 19:20 Zirə 712
"Gizlətmirəm, bunu hamı bilir - Baş məşqçini gördüm, başa düşdüm ki…"

"Zirə"nin yeni transferi Vladislav Kulaçın "Dinamo"dan (Kiyev) ayrılmasının səbəblərini bəlli olub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu bu barədə "Football TIME" nəşrinə açıqlama verib.

Ukraynalı hücumçu il yarım oynamadığı üçün Kiyev təmsilçisi ilə vidalaşdığını söyləyib:

"Bu, çox çətindir. "Dinamo"dan təklif alanda düşündüm, razılaşdım. Oyunçularla, komanda ilə tanış oldum.

Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi".

Kulaç zədələrlə də üzləşdiyini etiraf edib:

"Gizlətmirəm, bunu hamı bilir. Ancaq dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orada oynaya bilməyəcəyimi başa düşdüm".

Vladislav Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da ümumilikdə 7 oyuna çıxıb, 1 qol vurub.

Transfer qiyməti 700 000 avroya bərabər göstərilən hücumçu “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"