Bir qolla lider qrupuna yaxınlaşdılar, 2000 manat qazandılar

15 Noyabr 2022 14:40 Zirə 481
Bir qolla lider qrupuna yaxınlaşdılar, 2000 manat qazandılar

«Zirə» Premyer Liqanın 14-cü turunda «Səbail»i qəbul etdi.

Rəhim Sadıxovun 74-cü dəqiqədə vurduğu yeganə qol «qartallar»a 3 xal qazandırdı.

Qəsəbə təmsilçisi bu qələbə sayəsində xallarının sayını 22-yə çatdırdı və yenidən liderlər qrupuna yaxınlaşdı.

Turnir cədvəlində dördüncü pilləyə yüksələn komanda indi buna ikiqat sevinir. Çünki klub rəhbərliyi qalibiyyətdə pay sahibi olan futbolçuların hər birinə 2000 manat mükafat ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti