
Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Zirə" "ASCO Arena"da "Səbail"in qonağı olub.
Görüş qartalların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə qonaqlardan Dmitrios Çantakias açıb. 13-cü dəqiqədə Ağabala Ramazanov sabiq komandasını cəzalandıraraq, tarazlığı bərpa edib. Görüşdə son nöqtəni isə 33-cü dəqiqədə Sertan Taşkın qoyub.
72-ci dəqiqədə "dənizçilər" azlıqda qalıblar. Tural Bayramlı 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub.
Beləliklə, bu qələbədən sonra xallarını 10-a çatdıran "Zirə" 5-ci pilləyə yüksəlib. 5 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.