"Zirə"də məni çox sevirlər - Maraqlı təklif etdilər, mən də razılaşdım"

16 Avqust 2022 11:00 Zirə 851
"Zirə"də məni çox sevirlər - Maraqlı təklif etdilər, mən də razılaşdım"

"Karyeramı "Zirə"də davam etdirəcəyim üçün xoşbəxtəm.

Burada məni çox sevirlər. Maraqlı təklif etdilər, mən də razılaşdım.

İnanıram ki, bu mövsüm qarşıya qoyulan hədəflərə çatacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin legioneri Filipe Paxtman "qartallar"la müqavilə müddətini uzatması barədə danışarkən deyib.

Ötən ayın əvvəlində 3 illik yeni sözləşməyə imza atan braziliyalı hücumçu əsas məqsədlərinin əla mövsüm keçirmək olduğunu bildirib:

"Öz potensialımıza çox inanırıq və azarkeşlərimizə böyük sevinc bəxş etmək üçün mübarizə aparacağıq".

Filipe Paxtman 2021-ci ilin yanvarından "Zirə"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti