“Neftçi”ni üstələdilər, bu qədər pulu ilk dəfə aldılar

12 May 2022 22:20 Zirə 1 704
“Neftçi”ni üstələdilər, bu qədər pulu ilk dəfə aldılar

Tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazanan “Zirə”nin futbolçularına ödədiyi mükafatın məbləği bilinib.

“Neftçi”ni yarımfinal mərhələsindən uzaqlaşdıran “qartallar”ın əsas heyət üzvləri hərəyə 5000 manat qazanıb.

Bu isə klub üçün record göstəricidir.

Başqa sözlə, fəxri prezidenti Orxan Məmmədov komanda üzvlərinin mükafatını 3000-dən 5000 manatadək artırıb. Qələbə münasibətilə kollektivlə görüşən klubun sahibi onlardan nə istədiklərini soruşub.

Oyunçulardan «5000 manat mükafat gözləyirik» sözünü eşidən fəxri prezident «yaxşı» cavabını verib.

O, mayın 27-də «Qarabağ»la keçiriləcək final qarşılaşmasında da komandadan qələbə gözlədiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”