Səliqəli müdafiənin gətirdiyi qazanc

9 May 2022 19:00 Zirə 661
Səliqəli müdafiənin gətirdiyi qazanc

«Zirə»ni nəticə maraqlandırır. Mövsümboyu 3 «cəbhə»də vuruşublar.

Premyer Liqa və ölkə kubokundakı rəqiblər bir yana, hakimlərlə mübarizə onları çox əldən salıb.

Ehtiyat skamya, elə bil, sadəcə, yaraşıq üçündür. Əvəzetmədən meydana daxil olub, oyunu çevirəcək, komandanı öz arxasınca apara biləcək bir futbolçusu yoxdur Rəşad Sadıqovun.

O da var ki, «Zirə» medalçılar yarışmasında yer alan və ya yer almaq istəyən rəqiblərə qarşı bir, başqalarına qarşı fərqli taktika seçir.

Nə fobiyadır bilinmir, amma ki, «Zirə»nin standartları dəyişkəndir.

Suraxanıda keçirilən dünənki oyunu götürək. «Beşli» müdafiə düzülüşü ilə qapının toxunulmazlığı qayğısına qalan qonaqlar son dəqiqədə Rahil Məmmədovu da oyuna almaqla öz məqsədini birmənalı nümayiş etdirdi.

1 xalı qələbə hesabına bərabər görən «Zirə»ni yalnız onu fikirləşdi ki, nə edir edim, birinci zonada səliqəmi qoruyum, diqqətimi itirməyim, «Sabah»la xal fərqi 3-ə enməsin.

İkiqat müdafiə xətti ilə «Qarabağ»ı meydanın özünə aid hissəsində qarşılayan qonaqların ən yaxşısı Anar Nəzirov idi.

Sezon ərzində Mehdi Cənnətovu ehtiyat skamydan izləmiş qapıçı «1 nömrə» adına iddiasını bir neçə epizodda komandasını real qoldan xilas eləməklə göstərdi.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı