“Bu cür davam etsə, Premyer Liqa yaxın 2-3 ildə…”

7 May 2022 17:00 Zirə 2 729
“Bu cür davam etsə, Premyer Liqa yaxın 2-3 ildə…”

“Zirə”nin yeni transferi Hamidu Keyta Sportinfo.az-a açıqlama verib.

Yanvarda qəsəbə klubu ilə 1,5 illik müqavilə imzalayan fransalı hücumçu Premyer Liqada gedən mübarizə haqda maraqlı fikirlər səsləndirib:

“Futbolumuzun səviyyəsi məni yaxşı və ya pis mənada nə ilə təəccübləndirir? Təəccübləndirir deməzdim.

Çünki səviyyə kifayət qədər yaxşıdır. Hansı çempionata gəldiyimi öncədən bilirdim. Azərbaycan çempionatında bacarıqlı futbolçular oynayır.

Onu deyə bilərəm ki, inkişaf bu cür davam etsə, Premyer Liqanın səviyyəsi yaxın 2-3 ildə Portuqaliya çempionatının səviyyəsinə çatacaq”.

28 yaşlı forvard daha əvvəl ölkəsinin "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyanın “Dunerya”, “Farul” və “Botoşoni” klublarında çıxış edib. Keyta son olaraq Portuqaliya “Santa Klara”sının formasını geyinib.

Xəbər Lenti