Limitin CAH-CƏLALI

5 May 2022 15:00 Zirə 1 555
Limitin CAH-CƏLALI

Tarixində ilk dəfə ölkə kubokunun finalına yüksələn «Zirə» avrokuboklara vəsiqə qazanmağa çox yaxındır.

Bunun üçün onlara Premyer Liqada 1 qələbə yetərlidir.

«Qəbələ» ilə dünənki oyunda məsələyə nöqtə qoymaq olardı. Fiziki gücləri çatmadı.

Kubokun yarımfinal mərhələsinin cavab matçında «Neftçi»yə qarşı sərf olunan 120 dəqiqə «Zirə»nin bütün günü almış kimi göründü.

Yorğunluq və sevinc hissi bir-birinə qarışdı, sonucda ortalığa belə bir tablo çıxdı.

«Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev kubokda finala vəsiqədən əlini erkən üzdüyündən, bir neçə aparıcı futbolçusuna «Qarabağ»la cavab qarşılaşmasında istirahət vermişdi. Onların dönüşü Zirədə qələbəni də bərabərində gətirdi.

Mən əminliklə deyə bilərəm ki, AFFA-nın yaş limitini ləğv etməsi ən çox «Zirə»nin işinə yarayacaq. Gələn mövsüm komandanın əl-qolu açılacaq - mən indi bunu dedim, hər kəs yadında saxlasın.

Yaş limiti buxov olaraq «Zirə»ni bir yerdə tutub saxlayıb, göz açmasına imkan vermir. Odey, Cəlal Hüseynov.

Rəşad Sadıqov hey çalışır ki, ondan müdafiəçi düzəltsin, əsas milliyə qazandırsın, di gəl, bu cavan oğlan hər oyun səhv etməkdən yorulmur da.

Gah mövqe seçimində yanılır, gah adi epizodlarda topu ayağında saxlaya bilmir, gah da çiyin-çiyinə oynadıqlarını çaşbaş salır.

Nə cür səhv desən, Cəlalın «ifa»sında görmək olur. Hələ o, «Benfika»nın maraq dairəsində imiş…

Hələ o, Portuqaliya klubuna baxışa gedəcəkmiş… Bumövsümkü oyunlarını izləyirsən və özün-özünə deyirsən: nə yaxşı ki, araya pandemiya düşdü, Cəlalın səfəri ertələndi.

Adı «Benfika» ilə yanaşı hallanandan sonra onun oyununda yox, geyimində, saç düzümündə, yerişndə dəyişiklik var.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti