"Ağır olacağını gözləyirdim, çünki..." - Rəşad Sadıqov

4 May 2022 20:15 Zirə 890
"Ağır olacağını gözləyirdim, çünki..." - Rəşad Sadıqov

"Düşünürəm ki, “Qəbələ” layiqli qələbə qazandı. Bundan sonra avrokuboklara vəsiqə verən iki yer uğrunda 3 komanda arasında qızğın mübarizə gedəcək".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

40 yaşlı mütəxəssis oyuna yaxşı başladıqlarını söyləyib: "İlk hissəni böyük üstünlüklə keçirdik, nəzarət bizdə idi. Təəssüf ki, iki dəfə əks-hücumda yaxalandıq və qollar buraxdıq. İkinci hissədə vəziyyəti dəyişməyə çalışdıq. Amma rəqibin intizamlı müdafiəsini yara bilmədik. Heç də həmişə nəticə oyuna görə olmur. Ağır olacağını gözləyirdim. Çünki “Neftçi”yə qarşı 120 dəqiqə oynamışdıq. Məndə inam var idi ki, matçı çevirə bilərik. Oyundan narazı qala bilmərəm. “Qəbələ” kimi rəqibə qarşı ilk yarıda dominant idik”.

Sadıqov XXVI turda üz-üzə gələcəkləri "Qarabağ"la görüşə də toxunub: "Niyə 4 gün sonra oynayırıq, bilmirəm. Mövsümün sonlarıdır, təqvimdə boş günlər tapmaq olar. Amma yenə də qarşılaşmaya maksimum hazırlaşmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!