“Zirə” üçün bir ilk daha...

30 Aprel 2022 09:00 Zirə 543
“Zirə” üçün bir ilk daha...

“Zirə” tarixində ilk dəfə Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi buna turnirin yarımfinalında “Neftçi” səddini adlamaqla nail olub.

Komandalar arasında ilk matç və cavab oyunu 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Lakin Rəşad Sadıqovun baş məşqçilik etdiyi "Zirə" penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək tarixində ilk dəfə həlledici mərhələyə vəsiqə əldə edib.

“Zirə” finalda “Qarabağ”la üz-üzə gələcək. Görüş mayın 27-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti