Avrokuboklara vəsiqə şansını artırdılar, bu qədər qazandılar

29 Aprel 2022 14:00 Zirə 1 743
Avrokuboklara vəsiqə şansını artırdılar, bu qədər qazandılar

Premyer Liqanın 24-cü turunda «Sumqayıt»ın qonağı olan «Zirə» çətin qələbə qazandı.

Davit Volkovun 90+2-ci dəqiqədə vurduğu yeganə qol qəsəbə təmsilçisinə 3 xal gətirdi.

Bu səfər zəfəri «qartallar»ı avrokuboklara bir qədər də yaxınlaşdırdı. Xal ehtiyatını 42-yə çatdıran zirəlilər turnir cədvəlinin 3-cü pilləsində möhkəmləndi.

Təbii ki, uğurlu çıxış klub rəhbərliyinin diqqətindən kənarda qalmayıb. Sumqayıtda meydana çıxan futbolçuların hər birinə 1500 manat mükafat ödənilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM