"Kifayət qədər gəncəm, Avropa futbolunda çox yaxşı şeylər yaşayacam"

29 Aprel 2022 00:50 Zirə 678
"Kifayət qədər gəncəm, Avropa futbolunda çox yaxşı şeylər yaşayacam"

"Zədəmi tam sağaltmışam və artıq komanda yoldaşlarımla məşq edirəm.

Düşünürəm ki, 2-3 həftədən sonra yenidən heyətə düşə bilərəm. Bu, mənim üçün böyük qələbə olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin braziliyalı legioneri Filipe Paxtman ölkəsinin "Terra" nəşrinə açıqlamasında deyib.

22 yaşlı hücumçu zədələndiyi vaxtdan Premyer Liqaya qayıtmaq üçün mübarizə apardığını bildirib.

O, ötən ilin sentyabrında zədələnib. Paxtman yeni mövsüm üçün hədəflərindən də söz açıb:

"Əminəm ki, yaxın gələcək daha gözəl olacaq və komandaya bütün hədəflərinə çatmaqda kömək edəcəm.

Kifayət qədər gəncəm, Avropa futbolunda çox yaxşı şeylər yaşayacam".

Digər Xəbərlər
Xəbər Lenti