“Zirə”nin legionerinin ad günündə 2 şübhəli məqam – FOTO-FAKT

28 Aprel 2022 21:20 Zirə 1 005
“Zirə”nin legionerinin ad günündə 2 şübhəli məqam – FOTO-FAKT

Aprelin 26-da Nemanya Andelkoviçin 25 yaşı tamam oldu.

Serbiyalı legioner bu xoş gündə Azərbaycanda ona yaxın olan futbolçu dostlarını başına yığmağı vacib sayıb.

Şəhərin mərkəzindəki restoranların birində yer sifariş edən səbəbkar rəqib komandalarda oynayan Serbiya, Monteneqro, Xorvatiya və Yunanıstan kimi ölkələrdən olan futbolçuları eyni masanın arxasında toplayıb.

“Zirə”nin müdafiəçisi “Qarabağ”dan Marko Veşoviçlə Filip Ozobiçi, “Neftçi”dən Voislav Stankoviçi, “Sabah”dan Şpiro Perişiçi və komanda yoldaşı Dmitrios Çantakiası doğum günündə yanında görmək istəyib.

“Hadisə yerindən” çəkilən fotoya baxanda ağla iki sual gəlir.

Birincisi, “Zirə”dən niyə məhz Çantakias?

İkincisi, Balkan ölkələrindən olan futbolçular Azərbaycanda dostluq edirsə, bəs, “Qəbələ”li Stefan Vukşeviç, “Sabah”lı Boyan Letiç, millilərin məşqçiləri – Milan Obradoviçlə Miloş Velebit hanı?

Yəqin ki, Andelkoviçin bildiyi nəsə var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti