Həddi-hüdudu olmayan sevinc: “Zirə”nin qapıçısı komanda yoldaşını... VİDEO

26 Aprel 2022 13:20 Zirə 711
Həddi-hüdudu olmayan sevinc: “Zirə”nin qapıçısı komanda yoldaşını... VİDEO

Azərbaycan Premyer Liqasının XXIV turunun Sumqayıt şəhərində keçirilən matçında maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt”la “Zirə” arasında keçirilən görüşdə qəsəbə komandası 90+2-ci dəqiqədə çempionatın iki bombardirindən biri olan gürcü hücumçu Davit Volkovun qolu ilə qələbə qazanıb.

Həmin qolu komanda yoldaşları ilə birgə qeyd etmək üçün sevinənlər arasında “Zirə”nin ehtiyat qapıçısı Anar Nəzirov da olub.

36 yaşlı kiper sabiq komandasının qapısına vurulan qolu qeyd edərkən öz komanda yoldaşı, serbiyalı müdafiəçi Nemanya Ancelkoviçi zədələyib.

Nəticədə Anar Nəzirov bu hərəkətinə görə baş hakim Elçin Məsiyev tərəfindən sarı vərəqə alıb.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"