"Neftçi"nin qəsəbədə qarşılaşdığı mənzərə - FOTOLAR

21 Aprel 2022 11:00 Zirə 668
"Neftçi"nin qəsəbədə qarşılaşdığı mənzərə - FOTOLAR

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin digər oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb.

Hər iki komanda ehtiyatlı oyuna üstünlük verdiyindən qapılar qarşısında demək olar ki, 100 faizlik qol epizodları olmayıb.

Yalnız 81-ci dəqiqədə qonaqların kapitanı Emin Mahmudovun zərbəsi təhlükəli alınsa da, Mehdi Cənnətov rəqibin fərqlənməsinə imkan verməyib.

Yarımfinal mərhələsinin ilk qarşılaşmasında "Qarabağ" Qəbələdə eyniadlı komandaya 3:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti