"Komanda sayı artqıdan sonra hər kəsə yer olacaq" - Rəşad Sadıqov

20 Aprel 2022 22:25 Zirə 578
"Komanda sayı artqıdan sonra hər kəsə yer olacaq" - Rəşad Sadıqov

"Yaxşı oyun alındı. Hər iki tərəf də istəkli idi. Səf etməkdən çəkinirdi. İlk hissədə üstünlük bizdə olsa da, ikinci yarıda oyun meydanın mərkəzində keçdi. Komandamın çıxışından razıyam. Bu gün oyunu yüksək səviyyədə keçirdilər. Kubok matçları fərqlidir. İlk hissəni oynadıq. Qarşıda bizi çempionat və kubok görüşü gözləyir"

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Hamidu Keytanın oyunundan razı qaldığını bildirib: "Onun meydanda qalması rəqib üçün təzyiqdir. Amma sağlamlığı daha vacibdir. Zədələnməsindən ehtiyat etdiyim üçün əvəzlədim".

Sadıqovun sözlərinə görə, standartlardan kənara çıxdıqları çox məsələ var: "Kimdəsə əvəzetmə sayı 5-dirsə, o demək deyil ki, bizdə də belə olmalıdır. Mənim üçün fərqi yoxdur. Əvəzetmə sayının artırılmasını dəstəkləyirəm. Mən orta xətti seçdim. Dedim ki, 3 və ya 5 yox, 4 olsun. Pnademiyaya görə güzəşt istəyirlərsə, 4 ideal rəqəmdir. Bizdə oyun sayı da azdır. 5 də ola bilər. Mən sadəcə, öz fikrimi bildirdim".

O bildirib ki,legioner limiti ləğv edilsə belə, gələcəkdə də gənclərə şans verəcək: "Ötən mövsüm Cəlal Hüseynov limit səbəbindən oynamırdı. Layiq olduğu üçün meydana çıxırdı. Komanda sayı artdıqdan sonra hər kəsə yer olacaq. O qədər limitə düşən yerli futbolu var idi ki, bu gün harada olduğu bilinmir. Bu, avrokuboklardakı çıxışımıza da mənfi təsir edir. Elə klublar var ki. gənc futbolçunu məcburiyyətdən oynadır. Mənə görə, 7+4 ideal limitdir. Bu gün yerli futbolçu sarıdan əziyyət çəkirik. Bəlkə də mənə limitin qalmağı sərf edər. Çünki gənclərə daha çox şans veririk".

Baş məşqçi iki cəbhədə mübarizə aparmağın çətin olduğunu söyləyib: "Belədə vaxt az qalır. "Neftçi" ilə eyni vəziyyətdəyik. Amma məşqçilər üçün çətindir. Bəzən bizi Avropa ilə müqayisə edirlər. Amma bu, düzgün yanaşma deyil. Hər şey aşağı yaş qruplarından başlamalıdır. Millidə də bu problem olur. Futbolçularımız buna baxmayaraq, əzmkarlıq göstərirlər. Bütün oyunlar bizim üçün önəmlidir".

Sadıqov I Divizionda mübarizə aparan "Zirə-2"nin çıxışının onu narahat etmədiyini vurğulayıb: "Bu komanda ilə bağlı da planlarımız var. Gənclərə orada şans vermək istəyirik. Mənim üçün nəticə önəmli deyil. Hazırda onu düşünmürük. Orada istedadlı gəncləri yetişdirmək istəyirik".

Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!