"Zirə"li hücumçu Premyer Liqada yeni hədəfə qovuşdu

18 Aprel 2022 01:00 Zirə 452
"Zirə"li hücumçu Premyer Liqada yeni hədəfə qovuşdu

"Zirə"nin forvardı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun yubileyi "qartallar"ın evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gildiyi XXIII matçına təsadüf edib. Təcrübəli forvard start heyətində meydana çıxıb.

Bunadək ölkə çempionatında 199 oyunun iştirakçısı olmuş futbolçu ümulikdə 37 qola imza atıb.

2020-ci ilin əvvəlindən "Zirə"nin formasını geyinən Ağabala Ramazanov bu komandanın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti