Bayıldan gələn "gəmi" Xəzərin Zirə sahilində batdı - FOTOREPORTAJ

17 Aprel 2022 14:20 Zirə 523
Bayıldan gələn "gəmi" Xəzərin Zirə sahilində batdı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" "Səbail"i qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 28 yaşlı fransalı yarımmüdafiəçi iki dəqiqə sonra penaltini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb. 90+4-cü dəqiqədə isə Nikolas Raysel penaltidən təsəlli qolunu vurub.

Qələbə sayəsində xallarının sayını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"