Rəşad Sadıqovun axtardığı yar o idi…

17 Aprel 2022 15:00 Zirə 847
Rəşad Sadıqovun axtardığı yar o idi…

«Zirə» bu ilin əvvəlindən yaxşı təsir bağışlayır.

Yeni transferlər həqiqətən komandanın gücünə güc qatıb.

Hamidu Keytaya nə qədər pul veriblər, bilmirəm. Fransalı hücumçu hansı müqaviləyə qol çəkibsə, halal xoşu olsun!

Keytanın hissiyatı yüksəkdir. Qol vurmağı sevir sanki. Komanda yoldaşları ona oynayanda özünü lap suda balıq kimi hiss edir.

Rəşad Sadıqov, yəqin ki, hər gün heyfslənir ki, kaş Keytanın transferi daha tez baş tutardı.

Xeyli qol vurardı indiyə kimi. Bəlkə də çempionatın bombardirləri siyahısında liderlərdən biri idi artıq.

Dörd-beş turluq aradan sonra «Səbail» üzərində qazanılan qələbə «Zirə»ni nisbətən sakitləşdirdi. Yaxşı oyna, amma 3 xal əldə etmə – neçə həftə idi ki, həyacan boğaza dirənmişdi.

Demişəm və yenə deyirəm: «Zirə»də hakimafobiya yaranıb. Sözsüz, bu, təsadüfən yaranmayıb, göz gördüyündən qorxar.

Əliyar Ağayev xaricində hansısa hakim oyunlarına təyinat alanda, «Zirə»nin futbolçuları o dəqiqə şübhəyə düşür, fikirləşirlər ki, yəqin AFFA-nın məqsədi yenə onları «yıxmaq»dır.

Ağayev dünən qapılarına penalti təyin etdi, heç səsləri də çıxmadı. Çünki onda pis niyyət görmədilər.

«Zirə» ötən müddət ərzində o qədər hakim qərəzi ilə üzləşib ki, bəzən əleyhlərinə olan düzgün qərarı da qəbullana bilmirlər.

Rəşad Sadıqov kollektivə bir psixoloq cəlb eləsə, işi böyük ölçüdə yüngülləşər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti