Cismən "Zirə"də olub, ruhən "Zirə"dən olmayan BOMBA(rdir)

10 Aprel 2022 19:00 Zirə 762
Cismən "Zirə"də olub, ruhən "Zirə"dən olmayan BOMBA(rdir)

İnqilab Məmmədov ən azı mövsümün sonunadək «Zirə»lilərin yadından çıxmayacaq.

Hər oyundan əvvəl və sonra bu referini xatırlayacaqlar.

Nə deyəcəklərini burada yazmağa gərək duymuram. Yəqin ki, bildiz. Arifə bir işarə bəsdir…

«Zirə» dörd turdur qələbəyə möhtacdır. İnqilab Məmmədov keçən tur «Neftçi»ni əllərindən aldı.

Son dəqiqədə verdiyi biabırçı penalti ilə yanaşı, Rəşad Sadıqovu 3 futbolçunun xidmətindən məhrum etdi.

Coşqun Diniyevlə Ağabala Ramazanovu qırmızı vərəqə ilə «rahatlatdı», Mehdi Cənnətovu cəzalı duruma saldı.

Bu futbolçuların yoxluğu «Sabah»la oyunda «Zirə»ni kasıb göstərdi, zəif göstərmədi. Rəşad Sadıqov istədiklərinin bir çoxunu komandasının ifasında gördü və güman ki, razı qaldı.

Yenə baxımlı futbol oynadılar, mübarizə əzmini son dəqiqəyədək davam etdirdilər. Dəfələrlə qol vəziyyəti yaratdılar, fərqlənməyə yaxın oldular.

Davit Volkov?

Rəşad Sadıqovun ondan çox kimdənsə narazı qaldığını düşünmürəm. Gürcüstanlı hücumçu qış fasiləsindən sonra «Zirə»ni yadından çıxarıb.

11 qolla Premyer Liqanın bombardirləri yarışına başçılıq edən Volkov indi bu da maraqlandırmır.

Fikri-zikri xarici klublardadır, agentindən gələcək zəngi gözləyir, özünü qoruyur.

Son turlar qaçırdığı qol epizodlarının sayı dodaq uçurur.

Əməlli-başlı əsəb testi edir, öz hayındadır, «Zirə»ni, türklər demiş, hnç umursamır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti