Diniyev də hakimləri söyüb…

9 Aprel 2022 03:00 Zirə 735
Diniyev də hakimləri söyüb…

AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusu Coşqun Diniyevə sərt cəza tətbiq edib.

Sportinfo.az xəbər verir ki, buna onun “Neftçi” ilə 21-ci turun matçındakı davranışı səbəb olub.

Qərarda deyilir ki, C.Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilir.

“Zirə”nin hücumçusu Ağabala Ramazanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti