"Zirə"nin sabiq legioneri Velves Santos Ukraynadakı müharibə səbəbindən "Lvov" klubundan ayrılıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu Estoniyanın "Nomme Kalyu" komandasına keçib.
22 yaşlı forvard cari mövsümün sonunadək icarə əsasında Tallin təmsilçisinin formasını geyinəcək.
Keçidi ilə bağlı təəssüratlarını bölüşən gənc futbolçu yaradılan şəraitə görə "Nomme Kalyu" rəhbərliyinə təşəkkür edib. O, Ukraynada baş verən hadisələrin dəhşətli olduğunu bildirib.
Cari mövsümün ilk yarısında "Zirə"də icarədə olan Velves Santos cəmi 2 oyunda "qartallar"ın formasını geyinib.

