2020-ci ilin iyul döyüşlərində şəhid olmuş Polad Həşimovun ad-soyadı Azərbaycanda dillər əzbəri olub.
Ölkəmizin ilk və sonuncu şəhid generalı Tovuz rayonu istiqamətindəki döyüşdə şəhid olandan sonra yeni doğulan körpələrə Polad adının verilməsi ənənə halını aldı.
İndi onun adını daşıyanlardan biri də tanınmış futbol adamının oğludur.
Vaxtilə futbolçu kimi “Qarabağ”, “Neftçi”, “Səbail” kimi komandaların şərəfini qorumuş, hazırda məşqçi qismində “Zirə”də Rəşad Sadıqovun köməkçisi kimi çalışan Eltun Yaqublu oğluna məhz Polad adını verib.
Həşimov iyulun 14-də şəhid olandan bir müddət sonra Eltunun övladı dünyaya gəlib ki, Yaqublu bu adı yaşatmaq üçün oğluna Azərbaycanın Milli Qəhrəmanının ismini qoyub.
HƏBİB / SPORTİNFO.AZ

