Rəşad Sadıqov: "Hakimlik göz qabağındadır, ona nə şərh verəsən?”

3 Aprel 2022 19:30 Zirə 970
Rəşad Sadıqov: "Hakimlik göz qabağındadır, ona nə şərh verəsən?”

“Komandamdan çox razıyam”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Premyer Liqanın XXI turunun “Neftçi” ilə səfər görüşü (1:1) barədə fikirlərini “CBC Sport”a açıqlayıb:

“Futbolçularım xarakter göstərdilər. Azlıqda qalsaq da oyun intizamını pozmadılar. Yalnız bir qol epizodu verdik.

Qələbəyə da layiq idik. Amma alınmadı. Biz müdafiə olunmağa gəlməmişdik. Hücum edib qol vurmaq istəyirdik.

Komandamızın oyunu möhtəşəm idi. Ən yaxşı oyunlardan birini keçirdik. Hakimlik göz qabağındadır. Ona nə şərh verəsən?”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti