"Geridə qalan dövrdə yaxşı nəticələrimiz var. Yekunda üst pillələrdə qərarlaşmaq üçün sona qədər mübarizə aparacağıq".
Bunu Sportinfo.az-a açıqlamasında "Neftçi" ilə oyun öncəsi "Zirə"nin legioneri Hamidu Keyta deyib.
Qış fasiləsində paytaxt klubuna qoşulana fransalı forvard yeni komandasında kifayət qədər əla start götürmüş, qolları sıralamışdı. Belə ki, ilk 3 qarşılaşmasında 3 qol vurmağı bacaran 27 yaşlı oyunçu son 4 qarşılaşmada fərqlənə bilmir.
Amma o, hər gün qol vurmağa, komandasına kömək etməyə çalışdığını dilə gətirib: "Bəli 4 oyundu fərqlənmirəm. Bəzən belə də olur. Buna baxmayaraq, mən hər gün növbəti oyunlarda qol vurmaq, qələbə qazanmaq üçün çalışıram".
XANOĞLAN

