Azərbaycan Premyer Liqasının bombardiriistəyir ki…

29 Mart 2022 00:40 Zirə 829
Azərbaycan Premyer Liqasının bombardiriistəyir ki…

"Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Gürcüstan millisinin forvardı Davit Volkov səfərdə Albaniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.

Hazırda "Zirə"də çıxış edən 27 yaşlı hücumçu ardıcıl 4 qələbədən sonra yığmada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü bildirib:

"Əminəm ki, Albaniya ilə yaxşı yoldaşlıq matçı olacaq. Çalışacağıq ki, bu görüşü qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq".

Albaniya - Gürcüstan qarşılaşması martın 29-da gerçəkləşəcək. Davit Volkov hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM